İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO

İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO
19 Yan 2021 15:44


Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib. 

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Bildirilib ki, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin Azərbaycanın Qars şəhərindəki baş konsulluğu ilə birgə təşkil etdiyi mərasimdə yerli hakimiyyət orqanlarının, siyasi partiya şöbələrinin və İğdır ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasim “Qarda açan qərənfillər” adlı filmin nümayiş olunması ilə davam edib.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır şöbəsinin sədri Ali Kamal Ayaz çıxış ediblər.

Natiqlər 20 Yanvar faciəsinin tarixi barədə məlumat veriblər. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin tapşırığı ilə Bakıda törədilən faciəyə ümummilli lider Heydər Əliyev sərt etiraz səsini ucaldıb, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib. Xalqımıza qarşı törədilən ağır cinayətlər pislənilib və bildirilib ki, bu faciə Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz Vətəni uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.