Yunanıstanda koronavirusa qarşı peyvənd olunanlara milli rəqəmsal sertifikat veriləcək.
“RİA Novosti” bu barədə ölkənin baş nazirliyinə istinadən xəbər yayıb.
Sertifikat Yunanıstan Baş naziri Kiriakos Mitsotakis tərəfindən çərşənbə axşamı Mülki Müdafiə Baş Katibliyində keçirilən iclasda təqdim edilib.
“Peyvəndlə əlaqədar rəqəmsal sertifikatlarının verilməsi başlayır. Bu, Yunanıstanın növbəti yeniliyidir. Bu sertifikat hər bir vətəndaşın rəqəmsal ofisində avtomatik qeydiyyata alınacaq. Bu həm də ehtiyat tədbiridir, çünki yalnız bu şəkildə qanuni peyvəndi təsdiqləmək mümkün olacaq”, - Mitsotakis deyib.
Yunanıstanlı nazirin sözlərinə görə, onun Avropa İttifaqında vahid avropa peyvənd sertifikatı tətbiq etməsi təklifi müsbət qarşılanıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.