Müdafiə Sənayesi Nazirliyinə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib.
müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub.
Xatırladaq ki, “Xaçmaz Kondensator Zavodu” 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin “Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır.
Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.