Dünyada koronavirusa görə yüksək yoluxma qeydə alınan iki dövlət sərhədlərini açır

Dünyada koronavirusa görə yüksək yoluxma qeydə alınan iki dövlət sərhədlərini açır
20 Yan 2021 12:52


Rusiyanın paytaxtı Moskvadan Hindistanın Yeni Dehli şəhərinə aviareyslər yanvarın 30-dan başlaya bilər.

TASS xəbər verir ki, uçuşların həftədə iki dəfə keçirilməsi planlaşdırılır.

“Hələlik ilkin olaraq Moskva-Yeni Dehli marşrutu üzrə uçuşların yanvarın 30-dan etibarən davam etdiriləcəyi planlaşdırılıb. Martın 27-dək həftədə iki reysin həyata keçirilməsi nəzərdə tutulub. Sonra bu cədvələ yenidən baxıla bilər. Eyni zamanda, hələ də rəsmi qərar gözləyirik”, - deyə “Aeroflot”dan bildirilir.

Hindistandan isə bildirilir ki, Rusiya tərəfindən yaxın günlərdə rəsmi məlumat gözləyirlər.

Hələlik reyslərə xarici turistlərin buraxılması barədə məlumat yoxdur.

Qeyd edək ki, Hindistan koronavirusa 10 596 442 yoluxma ilə dünyada ikinci, Rusiya isə 3 612 800 nəfərlə dördüncüdür.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.