Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”

Nadir İsrafilov: “Məktəblilərin ənənəvi formada təhsilə başlaması istisna deyil”
20 Yan 2021 12:57


Məktəblərin və digər təhsil müəssisələrinin erkən açılması məsələsi təkcə təhsil sektorundakı insanları, məktəbliləri, tələbələri və onların valideynlərini deyil, bütün cəmiyyətimizi narahat edir.

Bu barədə açıqlamasında təhsil sahəsində ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib.

O, virtual təhsilin ənənəvi forma ilə müqayisə edilməyəcəyini, fərqin göz qabağında olduğunu vurğulayıb.

“Digər bir məsələ isə telekommunikasiya və proqram-texniki platformalarının keyfiyyəti baxımından ölkəmizin distant təhsilə nə dərəcədə hazırlığından asılı olmayaraq, bu təhsil formasının təhsil qanunvericiliyimizdə öz əksini tapmasıdır”, - deyə müsahib əlavə edib.

Şura sədrinin müavini tədris müəssisələrinin tədricən ənənəvi təhsil formasına keçməsini də istisna etməyib:

“Bu, bir sıra ölkələrdə, eləcə də Azərbaycanda koronavirusun yayılma dinamikasında müəyyən bir sabitləşmənin olması, xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yumşaldılma qərarı və təbii ki, koronavirusa qarşı peyvəndin başlanması ilə əlaqədardır”.

Ekspert ilin ikinci yarısında dərslərin hansı formada başlamasından asılı olmayaraq, klassik metodları və yeni texnologiyaları özündə birləşdirən “hibrid” alternativ təhsilin vəziyyətdən asılı olaraq inkişaf etməyə və zəruri halda istifadəsinə davam ediləcəyini bildirib.

“Bu gün biz proqnozlara və gözləntilərə deyil, real vəziyyətə əsaslanaraq hərəkət etməliyik”, - deyə Nadir İsrafilov sözlərini yekunlaşdırıb.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.