Polad Bübüloğlu Qanlı Yanvardan danışdı - VİDEO

Polad Bübüloğlu Qanlı Yanvardan danışdı - VİDEO
20 Yan 2021 13:15


Azərbaycanın Rusiyadakı səfiri Polad Bübüloğlu 20 Yanvar hadisəsi barədə danışıb.

Bu barədə “Vestnik Kavkaza” video təqdim edib.

“O dəhşətli gecədən – dinc əhalinin üzərinə ağır hərbi texnika, tanklar yürüdülməsindən, insanların atəşə tutulmasından, tankların hətta tibbi yardım maşınlarının üzərinə sürülməsindən 31 il keçir. Neçə il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu faciəni unutmayacaq”, - deyə Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, bu faciənin ən dəhşətli tərəfi ondan ibarət idi ki, biz bir dövlətin vətəndaşları hesab edilirdik və hökumət öz vətəndaşlarının üzərinə tanklarla hücuma keçdi.

Bülbüloğlu baş verən hadisələrin Sovet hakimiyyəti dövründə yaşandığını bir daha xatırladıb.

“Bu, bizim xatirəmizdə qara ləkə kimi qalıb, amma müdrik Azərbaycan xalqı bu mərhəlini keçib. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan möhtəşəm qələbə qazandı. Bu gün Qarabağ - Azərbaycandır! Şuşa isə Azərbaycanın mədəniyyət mərkəzidir!”, - deyə o qeyd edib.

16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.