Faciəyə qarşı siyasi cəsarət - VİDEO

Faciəyə qarşı siyasi cəsarət - VİDEO
21 Yan 2021 09:20


1990-cı ilin Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri oldu.

20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi.

Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirdi.

O zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi.

Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi.

Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.

Ümummilli lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatında deyilir:

“Mən bunu qəti şəkildə qınayıram, bunun antihumanitar, antidemokratik, ağır nəticələr gətirən, insan haqlarına zidd olan akt kimi dəyərləndirirəm. Azərbaycanda bu qərarı verən rəhbərlər məsuliyyət daşımalıdırlar. İlk növbədə xalq qarşısında Vəzirov cavab  verməlidir. Hansı ki, dünən Azərbaycandan qaçıb. Azərbaycan rəhbərliyi yuxarıda oturan şəxslərə yanlış məlumatlar, dezinformasiya çatdırıb. Mən hesab edirəm ki, rəhbərlik yetəri qədər məlumatlı olmayıb. Onların fikir qarışıqlığı da bu nəticəyə gətirib çıxarıb. Mən hesab edirəm ki, günahkarların hamısı məsuliyyət daşımalıdır”.

“Həmin dövrdə əsl siyasi igidliyi, vətənpərvərliyi göstərən yeganə şəxs ümummilli lider Heydər Əliyev oldu”.

Bu sözləri politoloq Qabil Hüseynli 20 Yanvar faciəsi haqqında danışarkən deyib. 

O bildirib ki, həmin gün Heydər Əliyev böyük mətbuat konfransı keçirib: “Heydər Əliyev birbaşa Qorbaçovu ittiham etdi ki, Bakıda tökülən qanların birinci günahkarı odur. Məhz onun göstərişi ilə dinc əhaliyə divan tutulub. Onun göstərişi ilə ordu qüvvələri dinc əhaliyə atəş açıb”.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

25 Apr 2024
Siyasət

Sabahın hava PROQNOZU

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

25 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

25 Apr 2024
Siyasət

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.