Xüsusi təyinatlı Səxavət Salmanov: Əlilliyə baxmayaraq, yenə də cəbhəyə yollandı - FOTO/VİDEO

Xüsusi təyinatlı Səxavət Salmanov: Əlilliyə baxmayaraq, yenə də cəbhəyə yollandı - FOTO/VİDEO
21 Yan 2021 09:22


İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək və torpaqlarını azad etmək istəyində nə qədər bir və həmrəy olduğunu nümayiş etdirdi. Hamı çoxdan gözlənilən qələbəyə öz töhfəsini verməyə çalışıb; bəziləri ön cəbhədə, bəziləri informasiya cəbhəsində, bəziləri də arxa cəbhədə.

 şanlı qələbəmizə töhfə verənlərdən biri - “Aprel döyüşləri”ndə yaralandığı üçün Vətən müharibəsində arxa cəbhədə xidmət edən 30 yaşlı xüsusi təyinatlımız Səxavət Salmanovdan yazıb.

Xüsusi təyinatlı kəşfiyyatçımız 2012-2015-ci illərdə düşmənə qarşı bir sıra əməliyyatlarda iştirak edib. 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə isə ağır yaralanıb. Səxavət Salmanov “Qüsursuz xidmətə görə”, III dərəcəli “Hərbi xidmətdə fərqlənmə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan ordusunun 100 illiyi” medalları ilə təltif olunub.

“Aprel döyüşləri” zamanı ağır qəlpə yarası alan hərbçimiz irəli getməyə davam edib. Qəhrəman xüsusi təyinatlımız huşunu itirib və xəstəxanaya çatdırılıb.

Səxavət Salmanovun ağciyərindən böyük bir qəlpə çıxarılsa da, beş qəlpə hələ də bədənində qalmaqdadır. Bundan əlavə kəllə-beyin travması alan xüsusi təyinatlımızın başına 17 tikiş vurulub. 

Bundan sonra II qrup əlillik dərəcəsi verilən xüsusi təyinatlımızın içindəki vətən sevgisinə hətta bu məhdudiyyətlər də mane ola bilməyib.

Vətən müharibəsi başladıqdan sonra təkidlə cəbhəyə yollanmaq istəyən Səxavət Salmanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq bu istəyi təmin edilməyib. Lakin o dəfələrlə müraciət edib və nəhayət arxa cəbhədə olsa da, müzəffər Azərbaycan ordusunun uğurlarına öz töhfəsini verib.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.