Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO

Vətən müharibəsinin 18 yaşlı şəhidi - VİDEO
21 Yan 2021 09:29


Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb və oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidin atası İsmayıl Heydərov “Report”un Qərb mərkəzinə bildirib ki, oğlu iyul ayının 23-də həqiqi hərbi xidmətə gedib:

“Oğlumu yola salan zaman kiçik qardaşım onu qucaqladı, kövrəlib ağladı. Qismət ona dedi ki, əmi ağlama torpaqlarımızı işğaldan azad etməyə gedirəm. Oğlum könüllü olaraq döyüşə gedib. Oktyabırın 3-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əmisi indidə o anı xatırlayıb deyir ki, onun dediyi oldu, torpaqlarımız işğaldan azad edildi. Yenə Allaha şükür ki, oğlumun qanı yerdə qalmadı, torpaqlarımız işğaldan azad edildi. Mən oğlumla, bütün şəhidlərimizlə fəxr edirəm. Allah hamsına rəhmət eləsin, qazilərimizə də can sağlığı versin”.

Şəhidin anası Gülamdar Heydərova isə oğlunun hərbi xidmətə getməsini belə xatırlayır:

“Oğluma hərbi komissarlıqdan çağırış kağızı gəlmişdi və yanıma gəlib - “Ana mən şəhid olsam nə edərsən?” dedi. Ona dedim ki, Qismət nə isə ürəyinə damıbsa, onda qoymaram gedəsən. Amma o, öz istəyi ilə müharibəyə getdi və şəhid oldu. Şəhidlik hər insana qismət olmur, amma mən onu bir dəfədə olsa hərbi formada görə bilmədim, kaş ki görə bilsəydim. O, mənim körpə şəhidimdir. Qismət balam mənim qismətim olmadı”.

Şəhid Qismət Heydərov Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.