Britaniya həkimləri: Vaksinasiya zamanı irqi ayrıseçkilik vacibdir

Britaniya həkimləri: Vaksinasiya zamanı irqi ayrıseçkilik vacibdir
21 Yan 2021 09:42


Britaniyanın aparıcı həkimləri COVİD vaksinasiyası zamanı irqi azlıq nümayəndələrinin prioritet qrupa daxil edilməsi barədə təklif irəli sürüblər.

Bu barədə "dpa-international" portalı məlumat yayıb.

“İrqi azlıqların xəstəliyin təsirinə daha çox məruz qalması və bunun əksinə olaraq, daha az peyvənd olunmasını əks etdirən statistik məlumatlar bizi narahat edir”.

Bunu Həkimlərin Kral Kollecinin rəhbəri Martin Marşal bəyan edib. O, krallığın səhiyyə nazirliyini, etinik azlıqların qorunub saxlanılması məqsədilə, vaksinasiya zamanı irqi mənsubiyyət amilini nəzərə almağa çağırıb.

Araşdırmalara əsasən, Britaniyadakı koronavirus qurbanları arasında irqi azlıq nümayəndələri iki dəfə daha çoxdur. Krallığın Asiya və Afrika mənşəli 9 - 64 yaşlı sakinləri arasında ümumi ölüm əmsalı isə digər vətəndaşlarla müqayisədə beş dəfə yüksəkdir.   

16 Apr 2024
Dünya

Almaniya Prezidenti Türkiyəyə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.

16 Apr 2024
Dünya

Ərdoğan bu tarixdə İraqa gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.