Tünd çayın koronavirusa təsiri açıqlandı

Tünd çayın koronavirusa təsiri açıqlandı
21 Yan 2021 09:46


Çay ağız suyunda koronavirusu öldürə bilər.

“İzvestiya” nəşrinin məlumatına görə, yaponiyalı alimlər tədqiqatlardan sonra belə qənaətə gəliblər.

Bildirilir ki, SARS-CoV-2 insandan insana əsasən hava-damcı yolu ilə ötürülür. Fərd asqırmasa və ya öskürməsə belə, virus insan söhbət edərakən nəfəs və tüpürcək hissəcikləri ilə ifraz edilə bilər. Kioto Tibb Universitetinin alimləri ağız suyunda koronavirusun təsirsiz hala gətirilməsinin yolunu tapıblar.

Onların sözlərinə görə, çay 10 saniyə ağızda saxlanarsa, tüpürcək nümunəsində virus tapmaq mümkün olmur. Bunun səbəbi çayın tərkibində virus ətrafındakı zülalı (hansı ki, hüceyrəyə nüfuz etməsinə kömək edir) parçalaya bilən maddələrin olmasıdır.

O da bildirilir ki, içkinin effektivliyinə  onun temperaturu da təsir edir. Yüksək temperatur (çay isti olarsa) zülalı məhv edir və bununla da virusun daxil olmasının qarşısını alır.

Alimlər qeyd edirlər ki, çayda aşılayıcı maddələr, xüsusən də taninin var.  Bu, çox güclü denatuasiyaedici maddədir və virusların zülalını məhv edir. Çay nə qədər tünd olarsa virusun təsirsiz hala gətirilməsinin təsiri o qədər yüksək olur.

Bununla belə, mütəxəssislər çayın müvəqqəti neytrallaşdırıcı funksiya daşıdığını deyərək, koronavirusun müalicəsində istifadə edilə bilməyəcəyini vurğulayıblar.

Belə ki, çay az miqdarda zərərsiz olsa da, həddindən artıq istehlakı dehidrasiyaya (orqanizmin susuzlaşmasına) gətirir. Alimlərin sözlərinə görə, virusun quru toxumalara yapışması daha asandır.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.