İnfeksionist: “COVID-19 xəstələrinə elektron qolbaqların tətbiqi həkimlərin yükünü azaldacaq”

İnfeksionist: “COVID-19 xəstələrinə elektron qolbaqların tətbiqi həkimlərin yükünü azaldacaq”
22 Yan 2021 16:29


Son günlərdə bəzi Avropa ölkələrində koronavirus xəstələrinin karantin qaydalarını pozmasının qarşısını almaq məqsədilə yeni texnoloji vasitələrdən istifadə edilir. Bu yoluxma sayında artım dinamikasının azalmasına təsir göstərib.

Belə ki, COVID-19 xəstələrinin karantin rejimini pozaraq cəmiyyət arasında infeksiyanın yayılmasına şərait yaratması narahatlığa səbəb olur.

Bu kimi halların qarşısının alınması üçün Belçikada, Cənubi Koreyada və bir sıra digər ölkələrdə COVID-19 xəstələrinə nəzarət etmək məqsədilə elektron qolbaqlardan istifadə edilir.

Bu yoluxma sayının azalması ilə yanaşı pandemya dövründə əsas yükü öz üzərinə götürən tibb işçilərinin və polislərin də yükünün azalması deməkdir.

Çünki ev şəraitində müalicə alan koronavirus xəstələrinin əksəriyyəti nə həkimlərin təlimatlarına ciddi riayət edir, nə də polislərin tövsiyələrinə. 

Məsələ ilə bağlı realpress.az-a açıqlama verən həkim infeksionist İlahə Vəliyeva deyir ki, belə bir sistemin tətbiqi müsbət nəticələr vəd edə bilər:

“Əlbəttə koronavirus xəstələrinə ciddi nəzarət edilməsi istiqamətində bu tədbirlərin görülməsi yaxşı olardı. Onların icazəsiz yaşayış yerini tərk etmələri, digər şəxsləri yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoyur. Bu sistem tətbiq edilərsə, bu kimi halların qarşısı alınar”.


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.