Azərbaycan qadağalara baxmayaraq pomidor ixracında rekord vurub

Azərbaycan qadağalara baxmayaraq pomidor ixracında rekord vurub
28 Yan 2021 12:23


Azərbaycan qadağalara baxmayaraq 2020-ci ildə pomidor məhsulunun ixracında rekord əldə edib.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycan pomidor məhsulunun ixracından 202 milyon ABŞ dollarına yaxın vəsait cəlb edib. Fondun prezidenti əlavə edib ki, qeyri-neft sektoru məhsullarının təxminən 11-12 faizinə qədərini pomidor məhsulu təşkil edir. 

Ötən il dekabr ayının cəmi 15-20 günü ərzində Rusiya tərəfindən pomidor ixracına qadağa tətbiq edilib.

“Azərbaycan növbəti illərdə bu məhsulun ixrac potensialının artırılması baxımından yeni bazarlara çıxış əldə edəcək. Lakin, bu dövr ərzində pomidor məhsulu Rusiyaya da ixrac olunmağa davam edəcək. Müəyyən bir dövr Rusiya bazarı pomidor məhsulu üçün önəmli bazarlardan biri olaraq qalacaq” - deyə, Yusif Abdullayev qeyd edib.

O vurğulayıb ki, Rusiyaya ixracı dayanan məhsullarımız dərhal Körfəz ölkələrinə və Avropaya çıxarılıb.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.