Türkiyədə koronavirusla mübarizə üçün yeni preparat yaradılıb - VİDEO

Türkiyədə koronavirusla mübarizə üçün yeni preparat yaradılıb - VİDEO
28 Yan 2021 14:51


Türkiyədə koronavirusla mübarizə çərçivəsində immunitet yaradan preparat hazırlanıb.

realpress.az-ın məlumatına görə, preparat Tibb Elmləri Universitetinin mütəxəssisləri tərəfindən yaradılıb. 

COVID-19 infeksiyasına qarşı immunitet qazandıran “Quermax” adlı preparat sınaqlardan keçirilib və zəruri test mərhələsini uğurla başa vurub. Preparatın sınaqlarında infeksiyaya yoluxma riski yüksək olan tibb işçiləri iştirak edib və onlar iki qrupa bölünüb. 71 nəfərlik qrupa tərkibində kversetin maddəsi və C vitamini olan preparat verilib. 42 nəfərdən ibarət qrup isə hər hansı bir preparat qəbul etməyib. Aparılan müşahidələr onu göstərib ki, birinci qrupda 71 nəfərdən 1-i, ikinci qrupda isə 42 nəfərdən 9-u COVID-19 infeksiyasına yoluxub. Nəticədə mütəxəssislər yeni preparatın koronavirusun hüceyrəyə daxil olmasının qarşısını aldığı qənaətinə gəliblər. Nəticələr təsdiq olunduqdan sonra preparatın seriyalı istehsalı başlayıb.

Könül Cəfərli 

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.