Nazirlikdən daha bir qazimizlə bağlı addım

Nazirlikdən daha bir qazimizlə bağlı addım
28 Yan 2021 15:48


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsinin qazisi Abdurahmanov Dəniz Əziz oğlunu ziyarət ediblər.

Nazirlikdən bildirilib ki, Zaqatala rayonu, Lahıc kənd sakini olan D.Abdurahmanov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir.

Qazinin ailəsinin sosial vəziyyəti öyrənilib. 24 yaşlı Dəniz özü müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışıb. Atası müharibə veteranı kimi aylıq təqaüdlə təmin olunur, anası evdar qadındır. Dəstək məqsədilə ilk növbədə ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat yaradılması qərara alınıb. Eyni zamanda, qazinin əlilliyinin qiyimətləndirilməsi aparılacaq və əlillik dərəcəsi təyin edildiyi halda ona birdəfəlik sığorta ödənişi, aylıq əsasda sosial ödənişlər təyin olunacaq.

Bu barədə Dənizə və ailə üzvlərinə məlumat verilib, onların yaşayışının diqqətdə saxlanacağı bildirilib.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.