Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlanıb

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlanıb
25 Fev 2021 11:02


2021-ci ilin yanvar ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 365,2 milyon ABŞ dolları təşkil edib.

realpress.az-ın AMB-dən əldə etdiyi məlumata görə, beynəlxalq valyuta ehtiyatların həcmi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 0,4 faiz artıb.

Əlavə edək ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə valyuta ehtiyatlarının həcmi artsa da əvvəlki ayla (dekabr, 2020) müqayisədə cüzi də olsa (0,06 faiz) azalıb.

Bankın analitik balans göstəricilərinə əsasən, ötən ay pul bazasının həcmi 14 milyard 109,3 milyon manat təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətən 10,7 faiz çox olub. Buna baxmayaraq, əvvəlki ayla (dekabr, 2020) müqayisədə pul bazasının həcmi 6,7 faiz azalıb.

Manatla pul bazasının həcmi isə 12 milyard 782 milyon manat olub ki, bu, 2020-ci ilin əvvəlinə nəzərən 10,7 faiz çox, dekabr ayı ilə müqayisədə isə 5,8 faiz azdır.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.