Mikayıl Cabbarov pakistanlı generalla işğaldan azad edilmiş ərazilərin bərpasını müzakirə edib - FOTO

Mikayıl Cabbarov pakistanlı generalla işğaldan azad edilmiş ərazilərin bərpasını müzakirə edib - FOTO
25 Fev 2021 16:30


İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsini vurğulayaraq, Pakistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadə, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramları və ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsi nəzərdə tutulur.

Pakistanın Sərhəd İşləri Təşkilatının (FWO) baş direktoru, general-mayor Kamal Azfar ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, əlaqələrin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb. Qeyd edilib ki, FWO Azərbaycanla infrastruktur layihələrinin icrası üzrə əməkdaşlıqda maraqlıdır.

Görüşdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, Pakistan şirkətlərinin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakına dair müzakirələr aparılıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.