Ermənistanda çevriliş cəhdinə Türkiyədən REAKSİYA

Ermənistanda çevriliş cəhdinə Türkiyədən REAKSİYA
25 Fev 2021 16:33


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanda çevriliş cəhdi ilə bağlı açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, Macarıstanda səfərdə olan türkiyəli nazir çevriliş cəhdini qınadıqlarını deyib:

“Qətiyyətlə çevriliş cəhdinə qarşıyıq, Ermənistandakı cəhdi də qınayırıq. Əsgərlərin demokratiya ilə seçilmiş bir hökuməti istefaya çağırması qəbuledilməzdir. Bu çağırışı şiddətlə qınayırıq”.

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Paşinyan bunu hərbi çevrilişə cəhd kimi qiymətləndirib.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.