“Xocalı: Tarixə Qayıdış” adlı anım tədbiri - FOTO

“Xocalı: Tarixə Qayıdış” adlı anım tədbiri - FOTO
25 Fev 2021 18:05


25 fevral 2021-ci il tarixində Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) və Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə virtual seminar keçirilib.

Tədbir Xocalı faciəsinin qurbanlarını yad etmək, eləcə də bu faciənin insanların həyatında qoyduğu dərin izləri xatırlamaq və Xocalının müasir gənclər üçün nə demək olduğunu başa düşmək məqsədilə baş tutub.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov əvvəlcə birinci Qarabağ müharibəsinin nəticələri və Xocalı faciəsi haqqında danışıb, daha sonra isə 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması və qələbəmizdən söhbət açaraq bunun ölkəmiz üçün nə demək olduğunu iştirakçılarla bölüşüb. Keçmiş köçkün olan millət vəkili həmçinin gənclərin 2-ci Qarabağ müharibəsindəki fəallığı, Xocalı soyqırımın həm ölkəmizdə, həm də xaricdə təbliği ilə bağlı görülən işlərdə gənclərin rolunu vurğulayıb. Daha sonra çıxış edən ADA Universitetinin professoru Gülməmməd Məmmədov müharibə ilə bağlı öz təcrübələrini bölüşüb və məcburi köçkün kimi yaşadığı çətinlikləri, təhsil almaq üçün çəkdiyi əziyyətləri gənclərə anlatıb.

Tədbir çərçivəsində, həmçinin, Milli Qəhrəman Tofiq Hüseynovun qızı, Xocalı şahidi Əfsanə Ələkbərova Xocalı ilə bağlı xatirələrini tədbir iştirakçılarına danışıb, dəhşətli əzablardan keçərək sağ qaldığı və heç vaxt unuda bilməyəcəyi Xocalı soyqırımının təbliğatı və tanıdılması üçün gənclərin fəaliyyətinin vacib olduğunu bildirib. Daha sonra çıxış edən 2-ci Qarabağ müharibəsinin qaziləri gənclərə öz tövsiyələrini vermiş və vətən uğrunda döyüşərək Xocalının qisasının döyüş meydanında alındığından söhbət açıblar. Tədbir maraqlı sual-cavab sessiyasından sonra yekunlaşıb.  


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.