“ElDiario”: “İlham Əliyev Ermənistandan 10 noyabr bəyanatının tam icrasını tələb edib”

“ElDiario”: “İlham Əliyev Ermənistandan 10 noyabr bəyanatının tam icrasını tələb edib”
01 Mar 2021 10:05


İspaniyanın “ElDiario” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc edib.

Məqalədə qeyd edilir ki, İlham Əliyev Ermənistanın Dağlıq Qarabağdakı müharibədəki məğlubiyyətindən sonra yaşadığı siyasi böhranın onların “daxili məsələsi” olduğunu bildirib.

Eyni zamanda, Azərbaycan lideri qeyd edib ki, bunlar keçən ilin noyabr ayında imzalanan razılaşmanın yerinə yetirilməsinə mane olmamalıdır.

“Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir”, - deyə nəşr İlham Əliyevin sözlərindən sitat gətirir.

Bildirilir ki, Əliyev Ermənistanın Bəyanatın müddəalarını icra etməyəcəyi təqdirdə böyük problemlərlə üzləşəcəyini vurğulayıb.

Diqqətə çatdırılır ki, atəşkəs haqqında Bəyanatın 9 bəndinin əksəriyyəti artıq yerinə yetirilib, lakin İlham Əliyevin sözlərinə görə, hazırda həmin sənədin bəzi aspektləri müzakirə edilir. Qarabağ uğrunda – Azərbaycanın tərkib hissəsi olması bütün dünyada qəbul edilmiş, lakin etnik ermənilərin məskunlaşdığı bu ərazi uğrunda müharibədə rəsmi Bakının qələbəsi yeni reallıqlar doğurub. Ermənistanın həmin reallıqları qəbul etməkdən başqa yolu yoxdur.

Azərbaycan Prezidenti əminliklə qeyd edib ki, bütün hərbi əsirlər Ermənistana qaytarılıb. 60-dan çox erməni əsgəri isə terrorçudur və bu səbəbdən onlar hərbi əsir sayılmır.

Bildirilir ki, İlham Əliyev gələcəkdə Ermənistan ilə münasibətlərin normallaşmasını və müəyyən mərhələdə sülh müqaviləsi imzalanmasını istisna etməyib, hərçənd 10 noyabr 2020-ci il tarixli Bəyanat, əslində Ermənistanın kapitulyasiya aktı və de-fakto sülh müqaviləsi kimi bir sənəddir.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.