Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar – FOTO

Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar – FOTO
02 Mar 2021 09:30


Rumıniyanın qabaqcıl “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransından yazır.

rumın dilində verilən məlumatlarda mətbuat konfransının keçirilməsinin dünya ictimaiyyətinə əhəmiyyətli mesajların çatdırılması istiqamətində mühüm rol oynadığı bildirib.

Qeyd olunub ki, tədbirin məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır.

Bildirilib ki, Prezident mətbuat konfransında müxtəlif regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla 4 dildə jurnalistlərin suallarını dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.