İsraildən gəlmiş həkimlər qazimizi əməliyyat etdilər - FOTO

İsraildən gəlmiş həkimlər qazimizi əməliyyat etdilər - FOTO
02 Mar 2021 14:23


Bu gündən İsraildən olan həkimlər briqadası Azərbaycanda Vətən müharibəsi qazilərinin müalicəsinə başlayıb.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin ölkələrimizin arasında diplomatik münasibətlərin inkişafı, iqtisadi artım və dostluq münasibətlərinə dair “Twitter” hesabında (Israel in Azerbaijan) paylaşım edilib.

“İlk gün, vaxt itirmək olmaz: bu gün İsrail həkimlərindən ibarət briqada ilk pasiyentlərini müalicə ediblər. Nuralı Abdullayev müharibə zamanı gözünü itirib və sifətində deformasiya yaranıb. Ancaq bu gün İsraildən gətirilmiş protez gözlə təmin olunub. Həkimlər yorulmadan çalışırlar”, - deyə bildirilib.

Xatırladaq ki, İsraildən ölkəmizə humanitar həkim heyəti “YAŞAT” Fondunun təşəbbüsü ilə gəlib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.