Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir - VİDEO

Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir - VİDEO
02 Mar 2021 16:28


Azərbaycanın ərazi bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin bölmələrinin əks-hücum həmlələri ilə başlayan, işğalda olan torpaqlarımızın azad olunması ilə nəticələnən II Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən igid oğullarımızdan biri də Murad Əhmədovdur.

əməkdaşları qazinin yaşadığı Kürdəmirin Qağacılı kəndindəki evinə baş çəkib və Vətən müharibəsi könüllüsü Murad Əhmədovla həmsöhbət olublar.

Murad İlqar oğlu Əhmədov 17 noyabr 1998-ci ildə Qağacılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 

Murad Əhmədov II Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə döyüşlərə başlayıb. Ağdam, Füzuli, və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edən qəhrəmanımız düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edib. O, Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb.

Aldığı travmalara görə hazırda yeriməkdə çətinlik çəkir. O, yenidən əvvəlki sağlamlığına qovuşmaq və işləyib ailəsinə maddi dəstək olmaq istəyir. Ümid edir ki, aidiyyəti qurumlar qəhrəman qazimizə də diqqət ayıracaqlar.

Məlumat üçün bildirək ki, Murad Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.