Bu il keçiriləcək “Formula-1” üzrə dünya çempionatında bir sıra dəyişikliklər olacaq.
realpress.az-a Bakı Şəhər Halqasından verilən məlumata görə, bu il çempionatda yarışan hər komandanın büdcəsinin 145 milyon dollardan çox olmaması qərarı verilib.
Həmçinin bu məbləğin 2026-cı ilədək 100 milyon dollaradək aşağı endirilməsi planlaşdırılır.
Builki yarışlar əvvəlki illərdən fərqli olaraq dörd gün ərzində keçirilməyəcək. İndi yarışlar üçün üç gün kifayət edəcək.
Qırmızı bayraqla dayandırılan yarışların müddəti isə əvvəlki kimi dörd saat müddəti əhatə etməyəcək. İndi yarışın bitmə vaxtı üç saatdan artıq ola bilməz.
Qeyd edək ki, bu il Bakıdakı yarış 4-6 iyun tarixlərində keçiriləcək. Bakıda keçiriləcək beşinci yarış azarkeşsiz baş tutacaq. Həmçinin əvvəlki illərdə olduğu kimi, dörd gün ərzində məşhur dünya pop ulduzlarının iştirakı ilə konsert təşkil olunmayacaq.
Bu gün gecə saatlarında “AFC Fight Nights”in yüngül çəki üzrə kəmərinin sahibi Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadan Bakıya qayıdıb.
UEFA-nın Səhiyyə Komissiyası AVRO-2020 üçün yeni sağlamlıq protokolu üzərində çalışır.
Rusiyanın paytaxtı Moskvada ağırlıqqaldırma üzrə kişilərdə 99-cu, qadınlarda 33-cü Avropa çempionatı başa çatıb.
“İlk dəfə idi ki, böyüklərin bu cür mötəbər yarışında iştirak edirdim. Baxmayaraq ki, artıq üç ildir böyüklərlə birgə döyüşürəm bu, ilk Avropa çempionatım idi və birinci dəfədən medal qazandığım üçün çox sevinirəm”.