Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib - FOTO

Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib - FOTO
03 Mar 2021 10:30


Rusiya sülhməramlı kontingentinin humanitar mina təmizləmə bölüyünün şəxsi heyəti Qarabağda ərazinin partlayıcı predmetlərdən təmizlənməsi işlərini davam etdirir.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Mina təmizləmə əməliyyatı çərçivəsində Ağdərədə rusiyalı istehkamçılar tərəfindən 30-dan çox 152 millimetrlik qəlpəli-fuqas tipli artilleriya mərmisi zərərsizləşdirilib.

Ümumilikdə 2020-ci ilin noyabrın 23-dən bu günə kimi 1 548 hektar ərazi, 484 kilometr yol, 1 524 bina, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış sursatlardan təmizlənib, 24 994 partlayıcı predmet aşkar edilərək məhv edilib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.