Sahil Babayev İlham Məhərrəmovu təbrik etdi - FOTO

Sahil Babayev İlham Məhərrəmovu təbrik etdi - FOTO
03 Mar 2021 17:27


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmovu Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı almağı münasibətilə təbrik edib.

Məktubda qeyd edilir:

“Ölkəmizdə idmanın kütləviləşməsi və inkişafı, gənclərin bütün sahələrdə olduğu kimi idman sahəsində də öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün lazımi şəraitin yaradılması həmişə xalqımızın ümumilli lideri Heydər Əliyevin xüsusi diqqət yetirdiyi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri olub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti müasir idman infrastrukturunun yaradılması, olimpiya ideyalarlarının geniş təbliğ olunması, paytaxtımızda və bölgələrdə yeni müasir tipli stadionların, olimpiya idman komplekslərinin və digər idman qurğularının tikilməsi nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlarının keçirildiyi məkana çevrilib.

İdmançılarımızın olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda qazandıqları mükafatlar bir daha sübut edir ki, Azərbaycan artıq bir idman ölkəsi kimi dünya ölkələri sırasında öz layiqli  yerini tuta bilib.

Sizi təbrik edir işlərinizdə uğurlar arzu edirik”.

Qeyd edək ki, “Boccia İdman Federasiyası” yarandığı gündən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin daim qayğı və diqqəti göz önündədir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İ.Məhərrəmov Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.