Diareya zamanı oral rehidratasiya terapiyası CƏMİYYƏT

Diareya zamanı oral rehidratasiya terapiyası CƏMİYYƏT
01 Apr 2021 11:51

Kəskin bağırsaq infeksiyaları yoluxucu xəstəliklərin strukturunda ikinci yeri tutur. Diareya (ishal), adətən 24 saat ərzində ən azı üç dəfə qeyri-adi boş və sulu nəcisin xaric olmasıdır. Diareya zamanı boş nəcislə su və elektrolitlər itkisi (natrium, xlor, kalium və bikarbonat) baş verir. Su və elektrolitlərin xaric olması həmçinin qusma, tərləmə, sidik ifrazı (diurez) və tənəffüs vasitəsi ilə baş verir. Dehidratasiya – yəni orqanizmin susuzlaşması, bu itkilər lazımi səviyyədə doldurulmadıqda, bununla əlaqədar su və elektrolit çatışmazlığı olduqda baş verir.

Dehidratasiya sindromu su və elektrolitlərin itkisi nəticəsində meydana gəlir və bu zaman kəmiyyət baxımdan itki fərqli ola bilər. Bundan asılı olaraq dehidratasiya hipertonik (maye itkisi, duz və mineral itkisindən daha çoxdur), hipotonik (duz və mineral itkisi maye itkisindən daha çoxdur) və izotonik (maye və duzlar bərabər dərəcədə itirilir) növlərinə bölünür. Qanın zülalı, hemoqlobin, hematokrit və eritrositlərin səviyyəsindəki artımlar bütün növlərə xarakterikdir, lakin izotonik dehidratasiya zamanı bu göstəricilər bəzən normal ola bilər.

Dehidratasiyanın növündən asılı olaraq müvafiq müalicə təyin olunur. Bunun üçün isə qanın su və elektrolit tərkibini analiz etmək zəruridir. Həmçinin xəstəliyin səbəb və simptomlarından asılı olaraq hansı növ dehidratasiyanın baş verməsi haqqında da fikir yürütmək olar. Belə ki, hipertonik (su çatışmazlığı, hüceyrədaxili) dehidratasiya, plazmadakı natriumun qatılığının artması səbəbindən qan dövranına keçən suyun itkisi fonunda baş verir. İtkilər əsasən ishal zamanı baş verir. Nəticədə, kliniki olaraq sönməyən susuzluq, afoniya, "göz yaşı olmadan ağlamaq" ilə özünü göstərən hüceyrədaxili dehidratasiya baş verir. Bu zaman dəri quru və istidir, mayesinin həcminin artması səbəbindən uşaqlarda əmgək batmır.

Hipotonik (duz çatışmazlığı, hüceyrəxarici) dehidratasiya, elektrolitlərin (natrium, kalium) əhəmiyyətli dərəcədə itkisi ilə baş verir, qusmanın ishal üzərində üstünlük təşkil etdiyi təqdirdə müşahidə olunur. Duzların itkisi plazma osmolyarlığının azalmasına və damar yatağından mayenin hüceyrələrə hərəkət etməsinə səbəb olur (hüceyrədaxili ödem). Susuzluq mülayimdir. Xarici dehidrasiya əlamətləri zəif ifadə olunur: dəri soyuq, solğun və nəmlidir, selikli qişalar o qədər də quru deyil, uşaqlarda böyük əmgək batır.

İzotonik (normotonik) dehidrasiya ən çox rast gəlinən növdür, maye və duzların eyni nisbətdə itkisi ilə müşayiət olunur.

ÜST və UNICEF diareya zamanı xəstəyə ilkin olaraq əsasən oral (peroral), yəni ağızdan içirməklə, buna imkan olmadıqda isə venadaxili olaraq rehidratasiyanın (orqanizmi maye ilə təmin etmək) aparılması məqsədi ilə duz məhlullarının istifadəsini vacib hesab edir. Peroral rehidratasiyanın əsas prinsipi – orqanizmə hissə-hissə və tədricən maye yeridilməlidir. Oral (və ya peroral) rehidratasiya duzları (ORD) güclü diareya, çoxsaylı qusma, geniş yara və ya yanıq sahələrindən ekssudasiya, drenaj və fistullardan ifrazat, işlədici vasitələrin tez-tez qəbulu zamanı orqanizmdə mayeni və elektrolitləri bərpa etmək üçün istifadə olunurlar. ORD həmçinin pasiyentin orqanizmində turşu-qələvi mühitin korreksiyasında iştirak edir. ORD nazik bağırsaqdan sorularaq, diareya zamanı orqanizmin itirdiyi su və elektrolit ehtiyatını bərpa edir. Aparılan tədqiqatlar əsasında ÜST və UNICEF 2006-cı ildə ORD məhlullarının xüsusiyyətlərinə dəqiqlik gətirmişlər və xüsusilə də, vəba ilə törədilməmiş kəskin diareyalar zamanı “osmolyarlığı aşağı olan” (təxminən 245 mOsm/l) ORD məhlullarının istifadəsini tövsiyə edir. Oral rehidratasiya infeksion diareyanın müalicəsinin əsas üsullarından biridir.

Diqqətə alsaq ki, insan orqanizminin 70%-ni, uşaq orqanizminin isə yaşdan asılı olaraq 80-90%-ni su təşkil edir, bu səbəbdən az miqdarda belə su itkisi və bu itkinin bərpa olunmaması, orqanizmdə çox böyük, bəzən də geri dönməyən problemlərə yol aça bilər. Məhz buna görə dehidratasiyaya ciddi yanaşmaq və dərhal yardım üçün həkim və ya əczaçılara müraciət etmək lazımdır. Onlar ilk yardım olaraq uyğun ORD məhlulunu tövsiyyə edəcəklər.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.