Azərbaycanda Rusiya istehsalı olan daha bir helikopterin əsaslı təmiri başa çatdı - FOTO

Azərbaycanda Rusiya istehsalı olan daha bir helikopterin əsaslı təmiri başa çatdı - FOTO
02 Apr 2021 17:37


“ASG Helikopter Services” aviaşirkəti yanında helikopterlərin əsaslı təmiri üzrə servis mərkəzi aviadaşıyıcıya məxsus növbəti “Mi-8AMT” tipli helikopterin əsaslı təmirini başa çatdırıb.

Bu barədə “ASG Helicopter Services” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əsaslı təmir Rusiyanın 356 №-li Aviasiya Təmiri Zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birlikdə həyata keçirilib. Beləliklə, Azərbaycan ərazisində bu ikinci bu tip helikopterin artıq əsaslı təmiri icra olunub.

2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilib.

Aviaşirkətin bazasında tam funksional xidmət mərkəzini yaratmaq fikri, ilk helikopterin səyyar təmiri mənimsənildikdən sonra yaranıb. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycanla Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın protokollarının bir hissəsi olub. Həmin layihə çərçivəsində aviaşirkətlə rusiyalı tərəfdaşlar arasında müvafiq sazişlər imzalanıb.

Pandemiya səbəbindən baş verən ciddi qlobal iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə “ASG Helicopter Services” şirkəti tərəfindən tam maliyyələşdirilməklə “Mİ” tipli helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi həyata keçirilib. Tikintinin cari ilin sonuna kimi tamamlanması planlaşdırılır.

Ən müasir təmir avadanlıqları ilə təchiz ediləcək servis mərkəzi Zabrat qəsəbəsindəki hava limanının ərazisində yerləşəcək.

Qeyd etmək istərdik ki, həmin servis mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi regionu ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcək. Bu, Azərbaycanda aviasiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.