Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb – VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb – VİDEO
04 Apr 2021 14:24


Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər kursları uğurla bitirən məzunları təbrik ediblər.

 Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 5 il keçir. Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca  2018-ci ildə qazanılan Günnüt zəfəri, ən sonda isə 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Çıxışların ardından kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkli çəkdirilib.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.