“Hazırda ordumuzun tibbi ləvazimatlar və dərman təminatı ilə bağlı heç bir çətinliyi yoxdur”.
realpress.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, müharibə zamanı orduya çoxsaylı köməklər olub:
“Müharibə dövründə orduya Dərman və tibbi ləvazimatlarla çoxsaylı kömək edənlərə təşəkkürümüzü bildiririk. Hazırda dərman və tibbi ləvazimatla bağlı çətinlik yoxdur.
Yaralılarımızla palatalarda görüşə və onların bu mövzuda fikirlərini də ala bilərsiniz”.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.