Avropa çempionatında iştirak edəcək cüdoçularımız bilindi - ADLAR

Avropa çempionatında iştirak edəcək cüdoçularımız bilindi - ADLAR
05 Apr 2021 10:30


Bu ay keçiriləcək cüdo üzrə Avropa çempionatına yollanacaq idmançılarımızın sayı və tərkibi bilinib.

realpress.az-ın xəbərinə görə, 14 cüdoçu qitə birinciliyində iştirak edəcək. Bunlardan 10-u kişi və 4-ü qadın cüdoçu olacaq.

Kişilər: Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq)

Qadınlar: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İrina Kindzerskaya (+78 kq)

Qeyd edək ki, Olimpiada lisenziya xalları qazandıran Avropa çempionatı 16-18 aprel tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. Turnirdə 44 ölkənin 348 idmançısı (212 kişi və 136 qadın cüdoçu) qızıl medal üçün mübarizə aparacaq.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.