II Qarabağ müharibəsindən sonra mina partlaması nəticəsində həlak olanların sayı açıqlandı - RƏSMİ

II Qarabağ müharibəsindən sonra mina partlaması nəticəsində həlak olanların sayı açıqlandı - RƏSMİ
05 Apr 2021 11:12


“Sentyabrın 27-də Ermənistan Azərbaycan ərazisinə təkrar hücum edib və 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitib. İllərdir işğal altında olan torpaqlar azad olunub, lakin minalanmış ərazilər hələ də qalır”.

Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədr müavini Samir Poladov Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar brifinqdə deyib.

O bildirib ki, 30 ildən sonra bu təəccüblü hal deyil:

“Əhalinin öz torpaqlarına qayıtması üçün bu çox önəmli məsələdir. 2020-ci il ölkə başçısı tərəfindən agentliyimiz qarşısına yeni tapşırıqlar qoyulub. Əsas məsələlərdən biri odur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etmir. Buna görə də həmin ərazilərin təyin edilməsi ciddi problemdir.

Buraya bir neçə məqam daxildir. İşğaldan azad olunan ərazilərdə piyada əleyhinə minalar, tank əleyhinə minalar, partlamamış silah-sursat aşkarlanır. Son günlərdə 100-dən çox belə hal aşkarlanıb, eləcə də Şuşa ərazisində. ANAMA gələcəkdə Azərbaycana dəvət etmək üçün tərəfdaşlarla bağlı layihələrə baxır, bu sahədə davamlı müzakirələr gedir.

Təmizləmə əməliyyatının infrastruktur proyektlərinə töhfəsi problemin genişliyini izah edir. İnsanların və tərəfdaşların cəlb olunması, əsasən də düzgün milli strategiyanın təmin edilməsinə xidmət edir. Bu da gələcək proyektlərdə əməliyyatların aparılmasına kömək edəcək. Daha bir təhlükə isə, piyada və tank əleyhinə olan minaların kombinasiyasıdır.

Dediyim kimi Ermənistan hələ də mina xəritələrini təqdim etməyib. Ərazilərdə xeyli sayda tank əleyhinə minalar aşkarlanıb. Bəzən minalar vizual olaraq görünür və bu bizim işimizi rahatlaşdırır. Lakin normalda minalar torpaq altında gizlədilir və bu da illərdir insan tələfatına gətirib çıxarır”.

O qeyd edib ki, biz maarifləndirmə təbliğatını gücləndirib, işimizi gələcək tərəfdaşlarımızla da davam etdirmək istəyirik:

“İnsanlar yalnız təmizlənmiş yollardan istifadə etsinlər. Qeyri-qanuni şəkildə işğaldan azad olunmuş ərazilərə getməsinlər, qoyulan lövhələrə diqqət etsinlər. Əhalinin mina təhlükəsindən qorumaq üçün maarifləndirici təbliğat aparılır, məlumat lövhələri qoyulur. Hazırda bu istiqamətdə müxtəlif kampaniyalar var.

2020-ci ilin noyabrından bu günə qədər 32 nəfər xəsarət alıb, 18 nəfər həlak olub. Bu çox təhlükəlidir. Müvafiq icazə olmadan həmin ərazilərə keçməmək tövsiyə edilir”.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.