Azərbaycan ilk dəfə badmintonda Olimpiadada təmsil oluna bilər

Azərbaycan ilk dəfə badmintonda Olimpiadada təmsil oluna bilər
05 Apr 2021 15:02


Azərbaycan tarixdə ilk dəfə badminton idman növündə Olimpiadada təmsil oluna bilər.

realpress.az-ın xəbərinə görə, bu şansı əldə edən idmançı Ade Reski Dviçahyodur.

2018-ci ildən Azərbaycanı təmsil edən İndoneziyadan olan badmintonçu hazırda dünya reytinqində 66-cı olsa da, Olimpiya sıralamasında 28-cidir. Bu yer isə ona bu yay keçiriləcək Tokio Olimpiya Oyunlarında lisenziya qazandırır.

Aprelin 27-dən mayın 2-dək Ukraynanın paytaxtı Kiyevdə XXVIII Avropa çempionatı keçiriləcək. Lisenziya xalları verən yarışda Azərbaycandan yalnız Ade Reski Dviçahyo iştirak edəcək. O, reytinqdəki bu yerini saxlaya bilsə, böyük ölçüdə Olimpiadaya lisenziyanı qazanmış sayılacaq.

Onu da bildirək ki, son reytinq cədvəli 6 iyuna kimi keçiriləcək yarışlar əsasında formalaşacaq və iyunun 15-də Ümumdünya Badminton Federasiyası tərəfindən açıqlanacaq.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin açıqladığı son siyahıya əsasən, indiyədək Azərbaycan Olimpiadaya 16 yeri təmin edib. Bundan başqa, qeyri-rəsmi karatedə iki, cüdoda altı yerə lisenziya qazanmışıq (bu iki idman növündə da lisenziya badmintondakı kimi reytinqlə hesablanır – S.M.).


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.