Banklarda əmanəti olan şəxslərin DİQQƏTİNƏ: Qanun qüvvədən düşdü

Banklarda əmanəti olan şəxslərin DİQQƏTİNƏ: Qanun qüvvədən düşdü
05 Apr 2021 17:20


2016-cı il 19 yanvar tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.

Əmanətlərin Sığortalanması Fondundan realpress.az-a verilən məlumatda bildirilir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada 2,5 faiz)  kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb.

Qeyd olunub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.

Göstərilənləri nəzərə alaraq “Əmanətlərin Sığortalanması haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclis tərəfindən qəbul edilib və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.

 “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 (iyirmi) min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş digər dəyişikliyə əsasən notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcək.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.