SOCAR Rusiyaya ixrac etdiyi məhsulların çeşidini artırır - FOTO

SOCAR Rusiyaya ixrac etdiyi məhsulların çeşidini artırır - FOTO
07 Apr 2021 15:18


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə “Socar Polymer” tərəfindən istehsal olunan poliolefinlərin dəmir yolu ilə Rusiyaya ixracına başlayıb.

realpress.az-ın “Argus Media”dan əldə etdiyi məlumatda bildirilir ki, şirkət xaricə məhsul ixracını və tədarük üsullarını şaxələndirir.

Məlumata əlavə edilib ki, bu şirkətin 2020-ci ildə dəmir yolu daşımaları zavodundakı əlavə platforma avadanlığı sayəsində mümkün olub.

“Socar Polymer” Rusiyaya polipropilenin tədarükü yanvar ayında, polietilen tədarükünü isə fevral ayında başlayıb. Ümumilikdə, 2021-ci ilin birinci rübündə Azərbaycandan Rusiyaya dəmir yolu xətti ilə 2,6 min ton polipropilenin (PP) və 2,3 min ton polietilen (PE) ixrac edib.

Dövlət Neft Şirkəti Rusiya bazarını “Socar Polymer” tərəfindən istehsal olunan PP homopolimer, PP kopolimerlər və aşağı təzyiqli polietilen ilə təmin edir.

Qeyd edək ki, şirkət Rusiyanın homopolimer, polipropilen markalarına olan tələbatının 40-60 faizini qarşılamaqla il ərzində bu markaların Rusiyaya əsas ixracatçısı olub.

“Socar Polymer” məhsullarının 2020-ci ildə əsas alıcıları Türkiyə, Rusiya və Çin olub.



13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.