TƏBİB-ə daha bir neçə səlahiyyətin verilməsi TƏKLİF OLUNUR

TƏBİB-ə daha bir neçə səlahiyyətin verilməsi TƏKLİF OLUNUR
07 Apr 2021 16:40


Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması ilə bağlı faktlara nəzarətin TƏBİB-ə verilməsi təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi təklif edilib.

Belə ki, təklifdə zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilməsi qeyd olunub.

Bununla yanaşı təkliflər arasında zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin müayinədən boyun qaçırması ilə bağlı məsələyə nəzarətin də dəyişdirilməsi də yer alıb.

Təklif edilir ki, zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə - 80 manatdan 120 manatadək məbləğdə cərimə tətbiqinin icrası da TƏBİB-ə verilsin.

Qeyd edək ki, təklif edilən cəzalar bu zamana qədər mövcud olub, lakin bunun icra səlahiyyətləri Səhiyyə Nazirliyində olub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanan layihədə təklif edilən dəyişikliklər Milli Məclisin Səhiyyə komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 


20 Apr 2021
Cəmiyyət

Həbs olunan general-leytenant Rövşən Əkbərovdan xəbər var

Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

20 Apr 2021
Cəmiyyət

İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - RƏSMİ

“İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır”.

20 Apr 2021
Cəmiyyət

Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib - FOTO

Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib.

20 Apr 2021
Cəmiyyət

Yeni sədr iclas keçirdi: Fəaliyyət istiqamətləri müəyyənləşdirildi

Aprelin 19-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi və tabeli idarələrin iştirakı ilə videokonfrans keçirilib.

20 Apr 2021
Cəmiyyət

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı - FOTO

Son sutka ərzində Azərbaycanda 14 830 nəfərə vaksin vurulub.