“Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz odur ki, erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terrorun fəsadlarını sizlərə göstərməkdir”.
realpress.az-ın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, Zəngilanda ağac əkilən ərazilər vaxtı ilə sıx meşə olub:
“İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə onların məhv etdiyi ərazilərin miqyasının daha böyük olduğunu görəcəyik”.
O qeyd edib ki, əsas məqsəd tez bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq edək:
“Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə ağac əkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraları qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq”.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan XİN-i Azərbaycan Respublikası Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərh ilə çıxış etməsi barədə açıqlama verib.
“Son vaxtlar gənclər arasında koronavirusa yoluxma hallarının artmasının səbəbi havanın isinməsi və onların evdən kənarda daha uzun müddət vaxt keçirməsidir”.
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndindən video yayıb.