ETSN nümayəndəsi: “Aparılan monitorinqlərdən aydın olur ki, Oxçuçayda nikelin miqdarı yeddi dəfə artıb”

ETSN nümayəndəsi: “Aparılan monitorinqlərdən aydın olur ki, Oxçuçayda nikelin miqdarı yeddi dəfə artıb”
08 Apr 2021 09:27


“Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Oxçuçayda nikelin, dəmirin və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb”.

realpress.az-ın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına qovuşur:

“Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylarından daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, bu çaylarda nikelin miqdarı yeddi, dəmirinki dörd, mis-molibdenin miqdarı isə iki dəfə normadan artıq aşkarlanıb”.

O bildirib ki,  martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb:
“Həmin günlərdə çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhv olması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın çirklənməsini dəfələrlə artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresursları və ekosisteminə ciddi təhdid yaradır”.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.