Azərbaycan və Rusiya arasındakı pul köçürmələrinin həcmi açıqlandı

Azərbaycan və Rusiya arasındakı pul köçürmələrinin həcmi açıqlandı
08 Apr 2021 17:51


Azərbaycan və Rusiya arasındakı pul köçürmələrinin həcmi açıqlanıb.

realpress.az-ın Rusiyanın Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, 2020-ci il ərzində Rusiyadan Azərbaycana 298,6 milyon dollar həcmində pul köçürülüb.

Ötən il ərzindəki müvafiq pul köçürmələrinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz azalıb. İlin əvvəlində pul köçürmələrinin həcmi az ikən, pandemiyaya baxmayaraq, ilin sonunda həcmlər artmağa başlayıb.

Belə ki, 2020-ci ilin birinci rübündə (ilk üç ay) Rusiyadan Azərbaycana 65,6 milyon, ikinci rübdə 60,8 milyon, üçüncü rübdə 83,8 milyon və nəhayət dördüncü rübdə 88,4 milyon dollar vəsait köçürməsi edilib.

Keçən il ərzində hər köçürmə üzrə orta məbləğ 467 dollar təşkil edib və 2019-cu illə müqayisədə bu, 3,9 faiz az oub.

Ötən il Azərbaycandan Rusiyaya 49,6 milyon dollar vəsait köçürülüb. Bu məbləğ 2019-cu ilin eyni dövrü il müqayisədə 25 faiz azdır.

2020-ci ilin birinci rübündə ölkəmizdən Rusiyaya 14,9 milyon, ikinci rübdə 10,5 milyon, üçüncü rübdə 12,9 milyon dollar və nəhayət dördüncü rübdə 11,3 milyon dollar vəsait köçürülüb.   

Baxmayaraq ki, Azərbaycandan Rusiyaya köçürmələrin ümumi həcmi azalıb, lakin hər köçürmə üzrə orta məbləğ 2019-cu ilin eyni dövrünə nəzərən 2,9 faiz artaraq 430 dollar təşkil edib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.