20 yaşlı azərbaycanlı qız böyüklər arasında Avropa çempionatının mükafatçısı oldu

20 yaşlı azərbaycanlı qız böyüklər arasında Avropa çempionatının mükafatçısı oldu
09 Apr 2021 09:59


Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan taekvondo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü millimiz üçün uğurlu başa çatıb. 

realpress.az xəbər verir ki, bu gün yarışa qatılan dörd taekvondoçudan biri - 46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova yarımfinala vəsiqə qazansa da, rəqibi rusiyalı Larisa Medvedevanı məğlub edə bilməyib. 20 yaşlı Minayə yarışın bürünc medalına layiq görülüb. Bu onun böyüklər arasında qazandığı ilk ciddi uğurdur.

Kişilər arasında yarışda Bəhruz Quluzadə (-54 kq) və Pərviz İsgəndərov (-58 kq) ilk döyüşdə məğlub olub. Digər qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə İtaliya təmsilçisi Martina Qorelliyə qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda döyüşdə rumıniyalı Liana Mustyataya məğlub olub.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.