İran dörd ay əvvəl saxladığı neft tankerini sərbəst buraxdı

İran dörd ay əvvəl saxladığı neft tankerini sərbəst buraxdı
09 Apr 2021 10:58


İran yanvar ayında Fars körfəzində saxladığı Cənubi Koreyaya məxsus “Hankuk Chem” tankerini və onun heyətini sərbəst buraxıb.

Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, göyərtəsində 13 heyət üzvünün olduğu gəmi artıq İran limanından çıxıb.

Qeyd edək ki, “Hankuk Chem” gəmisini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri saxlamışdı.

İran hakimiyyəti gəminin Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət etdiyini açıqlamışdı.

Cənubi Koreya və Birləşmiş Ştatlar İranı gəmini dərhal azad etməyə çağırırdı.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.