Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci yarış günündə daha iki idmançımız mübarizəyə qatılacaq.
realpress.az xəbər verir ki, kişilər arasında yarışlarda Xanoğlan Kərimov (-63 kq) və Cavad Ağayev (-68 kq) ölkəmizi təmsil edəcək.
Xanoğlan Kərimovun ilk rəqibi ukraynalı Boqdan Tikonov, Cavad Ağayevin isə rəqibi gürcüstanlı Beka Kavtaradze olacaq.
Qeyd edək ki, dünən Azərbaycanın taekvondo üzrə qadın millisinin üzvü Minayə Əkbərova (-46 kq) bürünc medal qazanıb. Bu, gənc idmançımızın böyüklər arasında keçirilən yarışlarda ilk ciddi uğurudur.
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
Kəlbəcərdə infrastruktur işləri görülür.
Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.