Güləş millilərimiz üçün ABŞ-dan mütəxəssis cəlb olundu - FOTO

Güləş millilərimiz üçün ABŞ-dan mütəxəssis cəlb olundu - FOTO
10 Apr 2021 13:02


Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöldə təlim-məşq toplanışını davam etdirir.

realpress.az xəbər verir ki, ötən həftənin ilk günlərindən Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının rəhbərliyi də yaxından izləyir.

Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi ölkəmizə dəvət olunub. Güləşçilərimiz amerikalı mütəxəssisin nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millimiz baş məşqçisi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyev, qadınlardan ibarət komandamız isə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qarşıdan gələn iki mühüm yarışa hazırlaşır.

Xatırladaq ki, güləşçilərimiz ölkəmizi aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında və mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində təmsil edəcək. Qitə birinciliyində iştirak edəcək heyət həftəsonu Bakıya qayıdacaq və taktiki-texniki hazırlığı Olimpiya Güləş Mərkəzində keçəcək. Digər güləşçilər isə Göygöldə hazırlığı davam etdirəcək.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.