“İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq!” - AÇIQLAMA

“İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq!” - AÇIQLAMA
12 Apr 2021 11:28


“Üç il öncə Azərbaycanda prezident seçkilərində qalib gələn cənab İlham Əliyev ölkəmizdə yeni bir dövrün başlanmasını elan etdi. Bu dövr islahatların sürətlənməsi, şəffaflığın artması, qeyri-qanuni fəaliyyətlərlə sərt mübarizə, əhalinin sosial qayğısının gücləndirilməsi kimi mühüm hədəflərlə başladı”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, görülən işlər nəticəsində 2015-2016-cı ildə baş verən iqtisadi geriləmə aradan qaldırıldı, sürətli iqtisadi artıma keçid təmin olundu.

“Minimum əmək haqqları, pensiyalar iki dəfəyə yaxın artırıldı, kölgə iqtisadiyyatının həcmi azaldı, iqtsadi münasibətlərdə keyfiyyətcə yeni mərhələ başladı. Paralel olaraq ölkədə siyasi islahatlar aparıldı, parlament seçkilərində deputat mandatı qazanmış müxalifət partiyasından olan şəxslər parlamentin və komitələrin rəhbərliyində təmsil olundular, siyasi partiyalarla yeni dialoq platforması yaradıldı”, - deyə T.Mirkişili əlavə edib.

Onun sözlərinə görə, bütün bu görülən işlər Azərbaycan dövlətini daha da gücləndirdi və onu əsas hədəfinə addım addım daha da yaxınlaşdırdı.

“2020-ci ildə bütün dünyanı bürüyən pandemiya ilə mübarizədə dövlət başçısının göstərişi ilə Azərbaycan operativ tədbirlər gördü. Koronavirsa qarşı mübarizə uğurla aparıldı, iqtisadi subyektlərə və əhaliyə mühüm dövlət dəstəyi göstərildi və biz bu mübarizədən minimum itkilərlə çıxdıq”.

Deputat qeyd edib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun işğal altında olan ərazilərimizi düşmənlərdən azad etməsi tariximizin, bu günümüzün və gələcəyimizin ən parlaq səhifəsidir.

“Belə bir möhtəşəm qələbəyə ölkəmiz məhz cənab İlham Əliyevin rəhbərliyi, güclü iradəsi, vətən sevgisi və öz ətrafında bütün Azərbaycan xalqını, onun dostlarını birləşdirməsi sayəsində nail oldu. Beləliklə, son üç ildə görülən işlər, əldə edilən qələbə tarixi nailliyyətlərdir! Mən əminəm ki, biz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq!”,-deyə T.Mirkişili fikrini yekunlaşdırıb.

Qeyd edək ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib.


19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.

18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.