Azərbaycan Avropa çempionatında beş medal qazandı: Neçənci olduq?

Azərbaycan Avropa çempionatında beş medal qazandı: Neçənci olduq?
12 Apr 2021 11:29


Rusiyanın paytaxtı Moskvada ağırlıqqaldırma üzrə kişilərdə 99-cu, qadınlarda 33-cü Avropa çempionatı başa çatıb.

Cəmi üç idmançı ilə yarışa çıxan millimiz ümumilikdə beş medalla Vətənə qayıdır. Belə ki, qadınların yarışında Boyanka Kostova (-59 kq) iki qızıl və bir bürünc, kişilərin yarışında Dadaş Dadaşbəyli (-102 kq) bir qızıl və bir bürünc medal qazanıb.

Bu medallardan ikisi – bir qızıl və bir bürünc böyük medal sayılır. İdmançılarımızın qazandığı iki qızıl və bir bürünc medal isə kiçik medaldır (birdən qaldırma və təkanla qaldırma hərəkətlərinə əsasən).  

Bəs millimiz bu nəticə ilə Avropa çempionatını neçənci yerdə başa vurdu?

realpress.az bunu araşdırıb.

Ümumi medallara görə Azərbaycan millisi yarışı 9-cu sırada bitirib. Ən çox medal qazanan meydan sahibi Rusiya olub. Lakin qazandıqları 24 medaldan cəmi ikisi qızıl olduğundan (2 qızıl, 12 gümüş və 10 bürünc medal) 10-cu sırada qərarlaşıblar. Ukrayna 17 medal qazanıb. 10 qızıl, 3 gümüş və 4 bürünc medalla birinci yeri tutublar.

Əsas medallara görə isə yığmamız 10-cu sıranı tutub. Burada da Ukrayna birincidir. Dörd qızıl, bir gümüş və bir bürünc medal qazanan Ukrayna idmançıları münasibətləri pis olan qonşu Rusiyada lider olublar. Yeri gəlmişkən, hər iki sıralamaya görə, Bolqarıstan ikinci yeri tutub.

Qeyd edək ki, 3-11 aprel tarixlərində keçirilmiş Avropa çempionatında ümumilikdə 20 ölkə (əsas medal qazanmasına görə isə 16 ölkə) medal qazana bilib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.