Dəniz suyu Kürdə duzluluğu artırır - AÇIQLAMA

Dəniz suyu Kürdə duzluluğu artırır - AÇIQLAMA
12 Apr 2021 14:46


“Kürün aşağı axımında suyun duzluluğunun artması ilə bağlı müxtəlif fikirlər irəli sürülür, onlardan biri də qrunt sularının qalxmasıdır. Lakin son 10 gündə Neftçala rayonunda cəmi bir gün 3 mm yağıntının düşməsi qeydə alınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, dəniz səviyyəsi isə keçən ilin aprel ayı ilə müqayisədə 18 sm aşağıdır və bunu nəzərə alaraq son günlərdə qrunt sularının təsiri nəticəsində duzluluğun artması ehtimalı yüksək deyil.

“Lakin digər meteoroloji amillərin təhlili göstərir ki, aprelin birinci ongünlüyü küləkli hava şəraiti ilə səciyyələnib. Belə ki, ongünlüyün 7 günü küləyin sürəti 13 m/s-dən çox, 2, 5, 6, 7, 9 və 10 apreldə 16-18 m/s, arabir 22-28 m/s çatıb. Eyni zamanda Neftçalada külək davamlı olaraq əsasən şərq, şimal-şərqdən əsib”. 

Xidmət rəsmisinin sözlərinə görə, Kürün sululuğunun ümumiyyətlə normadan az olması onun axarının sürətinin azalmasına, bu da öz növbəsində küləyin gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur:

“İqlim dəyişmələri fonunda biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli  istifadə olunmasına bir işarə olmalıdır. Məlumat üçün bildirim ki, Kür- Surra məntəqəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə səviyyə 10 sm, Kür-Bankə məntəqəsində (Neftçala) 37 sm aşağıdır.

Lakin temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi və  gözlənilən yağıntılı hava şəraiti ilə bağlı yaxın günlərdə Kür çayına tökülən çaylarda sululuğun artımı gözlənilir. Nəticədə Kür çayında və Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır”.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.