Elşad Hacıyev: “Azad olunan ərazilərə qanunsuz keçən 31 nəfər barəsində cinayət işi açılıb”

Elşad Hacıyev: “Azad olunan ərazilərə qanunsuz keçən 31 nəfər barəsində cinayət işi açılıb”
13 Apr 2021 09:57


Ötən dövr ərzində 1 321 nəfər qanunsuz olaraq işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib.

realpress.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin şəxslər müəyyən edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb:

“Bu səbəbdən qeydə alınan ölüm halları ilə bağlı cinayət işi başlanılıb, hətta həbs edilənlər də var. Eyni zamanda 100 nəfər barəsində inzibati qaydada həbs qərarı tətbiq edilib. Burada əsas məqsəd vətəndaşları həmin ərazilərdə mövcud qayda və tələblərə ciddi əməl etməyə çağırmaqdır. Bu gün 31 nəfər barəsində cinayət işi açılıb. Həmin cinayət işləri üzrə əməliyyat-axtarış və əməliyyat istintaq tədbirləri davam etdirilir”.

Elşad Hacıyev bildirib ki, azad edilmiş ərazilərə qanunsuz keçənlər əsasən ata-baba yurdlarını və yaxınlarının məzarlarını görmək niyyətində olanlardır:

“İşğaldan azad edilən ərazilərdə partlamamış döyüş sursatlarının, mina təhlükəsinin olduğunu nəzərə alaraq, vətəndaşlar indiki şəraitdə diqqətli və məsuliyyətli olmalıdırlar. Xəsarət alan şəxslər ərazilər minalardan təmizləndikdən, infrastruktur bərpa olunduqdan sonra bu torpaqlara sağlamlıqlarını itirmiş formada qayıdacaqlar”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək İnzibati Xətalar Məcəlləsinin 535-ci, polis işçisinin və hərbi qulluqçunun qanuni tələbinə tabe olmamaq inzibati xəta tərkibi yaradır. Bu maddənin tələbini pozanlar üçün 200 manat miqdarında cərimə, eləcə də onun şəxsiyyəti nəzərə alınmaqla bir aya qədər inzibati qaydada həbs nəzərdə tutulub.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.