Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”

Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”
13 Apr 2021 10:40


“Azərbaycan həmişə münaqişənin həll edilməsində maraqlı olub, çünki münaqişədən əziyyət çəkən tərəf idik. Azərbaycanın mövqeyi konstruktiv olub”. 

realpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında deyib. 

Dövlət başçısı qeyd edib ki, Ermənistan münaqişənin həll olunmasını istəmirdi. 

“Mən danışıqlar zamanı hiss edirdim ki, Ermənistan həll istəmir. Onlar həll istədiyini deyirdilər, amma onların atdıqları addımlar sülhə yönəlməmişdi”, - deyə İlham Əliyev əlavə edib. 

Onun sözlərinə görə, işğal müddətində müdafiə xətləri qurmaq, ərazilərin minalanması üçün Ermənistan tərəfindən yüz milyonlarla dollar sərmayə qoyulub. 

“Biz aydın başa düşürdük ki, bu, əraziləri daim işğal altında saxlamaq üçün atılan addımlardır”,-deyə Prezident əlavə edib. 

Aqşin Kərimov

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.