İlham Əliyev: “Ermənistanda Azərbaycanın davranışını dəyərləndirə bilmirlər”

İlham Əliyev: “Ermənistanda Azərbaycanın davranışını dəyərləndirə bilmirlər”
13 Apr 2021 11:05


“Biz yaşlı ermənini müalicə etdirdik. Sonra qərara aldıq ki, onu Ermənistana qaytaraq. Ancaq Ermənistan onu qəbul etməkdən imtina etdi. Ermənistanda Azərbaycanın bu davranışlarını dəyərləndirirlərmi? Mən bu suala “yox” cavabını verirəm”. 

realpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxış edərkən deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan məqsədli şəkildə düşmən kimi təqdim edilir. 

“Ancaq Azərbaycan təkcə müharibə dövründə deyil, müharibədən sonra da eyni davranışı sərgiləyir. Biz 1500 erməni əsgərinin meyitini geri qaytarmışıq. Bununla belə, Birinci Qarabağ Müharibəsində itkin düşən 4 min azərbaycanlının heç birini Ermənistan qaytarmayıb”,-deyə İlham Əliyev əlavə edib. 


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.