Olimpiya mükafatçımızın döyüş zamanı ayağı qırıldı - FOTO+VİDEO

Olimpiya mükafatçımızın döyüş zamanı ayağı qırıldı - FOTO+VİDEO
20 Apr 2021 14:26


Həvəskar boks üzrə Olimpiya mükafatçımız, üçqat dünya, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Məhəmmədrəsul Məcidovun ayağı sınıb.

realpress.az-ın xəbərinə görə, bu, Dağıstan əsilli idmançımızın ABŞ-ın Hollivud şəhərində rusiyalı Andrey Fedosovla peşəkar döyüşü zamanı baş verib.

34 yaşlı boksçu birinci raundda nokdauna düşüb. Yerə yıxılan zaman isə sağ ayağı sınıb. İdmançımız ayağa qalxsa da, döyüşü davam etdirə bilməyib. Nəticədə 1 dəqiqə 24-cü saniyədə döyüş başa çatdırılıb və qələbə Andrey Fedosova verilib.

Rinqdən xərəkdə aparılan Məcidov “Instagram” hesabında ayağının rentgen görüntüsünü yayaraq yazıb:

“Əziz dostlarım və fanatlarım, hamınıza mənə verdiyiniz dəstək və məndən ötrü keçirdiyiniz narahatlıqdan dolayı minnətdaram. Zədə səbəbindən döyüşü davam etdirə bilmədim. Ailəmi, promouterimi və menecerlərimi bununla məyus etdim. İdmanda bəzən belə olur. Ancaq mən tezliklə Uca Yaradanın köməyilə daha güclü və daha yaxşı geri qayıdacağam”.

Qeyd edək ki, bunadək Məhəmmədrəsul Məcidov keçirdiyi üç peşəkar döyüşdə qələbə qazanmışdı.



24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.